İran Prezidenti: Hicab məcburi olmamalıdırbackend

İran Prezidenti: Hicab məcburi olmamalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən məcburiyyətə inanmıram və bunu praktiki hesab etmirəm”

NOCOMMENT.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “Fox News” telekanalına müsahibəsində ölkədə qadınlara hicabın məcburi olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

“Mən məcburiyyətə inanmıram və bunu praktiki hesab etmirəm. Heç vaxt kimisə nəyisə məcbur edə bilməzsən. Ancaq ləyaqəti qorumaq və mədəniyyətlərə hörmət etmək bir-birimizdən gözləntimizdir. İndi ölkəmizdə yazılı qanunlar olmasına baxmayaraq, eyni çərçivədə bir tendensiya formalaşır. İnanc və iman baxımından mən inanıram ki, kimisə istədiyini etməyə asanlıqla məcbur edə bilməzsən. Oturub dialoq və uyğun üsullarla bir-birimizlə danışmalıyıq. Bu məsələləri döyüş, savaş, həbslər və bəzən baş verə biləcək digər hərəkətlərlə həll etmək olmaz. Hazırda İranda belə bir yanaşma yoxdur. Yox, normal hicabdan çox-çox kənara çıxan davranışlar olmasa”, – dövlət başçısı bildirib.

M.Pezeşkian hazırda İranda qadınların azad olduğunu iddia edib:

“İranda qadınların indi daha çox azadlığı var. Bizim hökumətdə hazırda dörd-beş qadın var, heç bir əvvəlki hakimiyyətdə belə olmayıb”.