İran prezidenti: Ölkə nüvə silahı əldə etmək niyyətində deyilbackend

İran prezidenti: Ölkə nüvə silahı əldə etmək niyyətində deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran nüvə silahı əldə etmək niyyətində deyil, lakin ABŞ və Avropa tərəfindən təhdid edilir və onu raket inkişafından imtina etməyə məcbur edir.

NOCOMMENT.az xəbər verir ki, bunu respublika prezidenti Məsud Pezeşkian iranlı və xarici jurnalistlərin iştirakı ilə səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk mətbuat konfransı zamanı deyib.

Tədbir İRİB telekanalı tərəfindən yayımlanıb.

“Biz nüvə silahı əldə etməyə çalışmırıq ki, ABŞ və Avropa bizi raket proqramlarını dayandırmaqla hədələyir, əgər raketlərimiz olmasa, Qəzza zolağında olduğu kimi, bizə də bomba atacaqlar”, – deyə prezident bildirib.

Onun sözlərinə görə, İran heç vaxt hər hansı münaqişəni qızışdırmaq istəməyib, lakin İsrail paytaxtda Həmas siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni öldürməklə Tehranı müharibəyə sürükləməyə çalışıb.