İran Prezidenti: “Terror aktının səbəbkarları və kuratorları müəyyənləşdirilərək cəzalandırılacaq”backend

İran Prezidenti: “Terror aktının səbəbkarları və kuratorları müəyyənləşdirilərək cəzalandırılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Kirman əyalətində general Qasım Süleymaninin dəfn olunduğu yerin yaxınlığındakı qəbiristanlıqda törədilən terror aktının səbəbkarları və kuratorları müəyyən edilərək cəzalandırılacaq.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri İran prezidenti İbrahim Rəisi deyib.

“Şübhəsiz ki, bu qorxaq hərəkətin səbəbkarları və kuratorları tezliklə aşkarlanacaq və iyrənc əməllərinə görə cəzalarını alacaqlar”, – İran lideri qeyd edib.

Prezidentin sözlərinə görə, “millətin düşmənləri” başa düşməlidirlər ki, bu cür terror aktları heç vaxt İslam ideallarını müdafiə etməkdə “İran xalqının dəmir iradəsinə” mane ola bilməyəcək. Rəisi vurğulayıb ki, İran hakimiyyətinin terrorizmlə mübarizədəki hərəkətləri “daha ​​həlledici” olacaq.

Qeyd edək ki, partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.