İran prezidentinin dili başına bəla oldu – Millət vəkillərindən XƏBƏRDARLIQbackend

İran prezidentinin dili başına bəla oldu – Millət vəkillərindən XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentinin 42 millət vəkili ölkə Prezidenti Məsud Pezeşkiana rəsmi çıxışlarında və beynəlxalq bəyanatlarında daha ehtiyatlı olmağı tövsiyə edib.

NOCOMMENT.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bununla bağlı parlamentin Rəyasət Heyətinin üzvü Əhməd Nadiri məlumat verib.

Nadirinin sözlərinə görə, millət vəkilləri Pezeşkiana rəsmi səviyyədə daha diqqətli və sayıq davranması ilə bağlı xəbərdarlıq məktubu göndəriblər. Ancaq o, konkret hansı çıxışlara və ya fikirlərə irad bildirildiyini açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl də Pezeşkianın amerikalı jurnalistə verdiyi bir müsahibə, onun dilindən səslənən bəzi fikirlər səbəbi ilə 24 deputatın etiraz bəyanatı ilə nəticələnmişdi. Pezeşkian isə həmin reaksiyalara cavabında bildirib ki, rəsmi protokolları bəyənmir.