İran prezidentinin ölümü bizi maraqlandırmır – AÇIQLAMAbackend

İran prezidentinin ölümü bizi maraqlandırmır – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidentinin ölümü fələstinliləri maraqlandırmır.

NOCOMMENT.az xəbər verir ki, HƏMAS-ın İran prezidenti İbrahim Rəisi haqqında daim xoş danışmasına baxmayaraq, onun helikopter qəzasında ölməsi xəbəri fələstinlilər tərəfindən etinasızlıqla qarşılanıb.

Onlar hesab edirlər ki, İbrahim Rəisi hakimiyyətdə olduğu müddətdə bu qrupa ancaq əzab və dağıntı gətirib.

Məlumata görə, Qəzzanın Deyr əl-Bələh bölgəsindən olan media fəalı Naci Xəzir AFP-yə müsahibəsində deyib:

“O, heç vaxt bizi dəstəkləməyib, verdiyi vədlərə əməl etməyib, atəşkəsə çağırmayıb və yanımızda olmayıb. Rəisinin bizim üçün, yəni Qəzza üçün heç bir əhəmiyyəti yoxdur”, – deyə, media fəalı əlavə edib.