Rusiyanın İrandakı səfiri Aleksey Yurieviç Dedov İran Xarici İşlər Nazirliyinə çağrılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi yazılı açıqlama verib.
Bildirilib ki, səfir Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) iclasından sonra İranın nəzarəti altında olan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) suverenlik iddiasında olduğu Fars körfəzindəki üç ada ilə bağlı verilən birgə bəyanata cavab olaraq XİN-ə çağrılıb.
Sözügedən adaların “əbədi” İrana aid olduğu və Rusiyanın bu məsələdə yanaşmasını düzəltməsinin gözlənildiyi qeyd edilib.
Rusiyanın Tehrandakı səfiri Dedov İranın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayaraq, vəziyyəti ən qısa zamanda Moskvaya çatdıracağını bəyan edib.