İran Rusiyaya raket satdığını inkar edirbackend

İran Rusiyaya raket satdığını inkar edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Rusiyaya ballistik raket satdığını inkar edir.

NOCOMMENT.az “Mehr News”a istinadən xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi Ukrayna müharibəsində istifadə üçün ölkənin Rusiyaya ballistik raket satmasını inkar edib.

İranın BMT-dəki Daimi Nümayəndəliyi açıqlamasında bunları deyib:

“Ballistik raketlərin satışı ilə bağlı qanuni məhdudiyyətlərin olmamasına baxmayaraq, İran müharibəni alovlandırmamaq üçün Rusiya-Ukrayna müharibəsi zamanı silah müqavilələrindən çəkinməyə mənəvi cəhətdən borcludur. Bunun kökündə İranın beynəlxalq qanunlara və BMT Nizamnaməsinə əməl etməsi dayanır”.