İran Rusiyaya yüzlərlə ballistik raket göndərdibackend

İran Rusiyaya yüzlərlə ballistik raket göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1İran yüzlərlə ballistik raketi Rusiyaya göndərib.

NOCOMMENT.az “Reuters”ə istinadən xəbər verir ki, İran hökuməti Rusiyaya çox sayda “yer-yer” tipli ballistik raket göndərib. Bildirilib ki, ABŞ-nin sanksiyaları altında olan iki ölkə arasında hərbi əməkdaşlıq genişlənib.

Məlumata görə, İran Rusiyaya 400-ə yaxın raket, o cümlədən “Fəttah-110” və “Zülfüqar” kimi qısa mənzilli raketlər çatdırıb. Mütəxəssislərin fikrincə, bu raketlər 300-dən 700 kilometrə qədər olan məsafədəki nöqtələri hədəfə ala bilir.

Qeyd olunub ki, İranın Müdafiə Nazirliyi və SEPAH, habelə Rusiyanın Müdafiə Nazirliyi sözügedən xəbər agentliyinin sorğularından yayınıb. Bununla yanaşı, hərbi yüklərin İrandan Rusiyaya daşınması ötən ayın əvvəlindən başlayıb”.