İran səfirliyi qarşısında gərginlik – VİDEObackend

İran səfirliyi qarşısında gərginlik – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzTV əməkdaşları İranın Azərbaycandakı səfirliyinin qarşısında hücuma məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən verilən xəbərə görə, AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumat əldə etmək məqsədilə İran səfirliyinin önünə gəlib.

Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz qalıb.

Qeyd edək ki, İran səfirliyinin 4 əməkdaşı rəsmi Bakı tərəfindən persona non qrata elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.