İran sərhədində qeyri-qanuni keçidlər qabaqcıl texnologiya ilə qarşılanırbackend

İran sərhədində qeyri-qanuni keçidlər qabaqcıl texnologiya ilə qarşılanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə-İran sərhədinin Ağrı hissəsində inteqrasiya edilmiş sərhəd təhlükəsizliyi sistemini təşkil edən elektro-optik qüllələr, gecə görüntülü termal kameralar, işıqlandırma sistemi və seysmik sensorlar ilə texnologiyadan ən yüksək səviyyədə istifadə edilir.

NOCOMMENT xəbər verir ki, sərhəd divarı elektro-optik qüllələr, 360 dərəcə hərəkət və 40 dərəcəyə qədər yuxarı-aşağı fırlanma qabiliyyətinə malik termal kameralar, işıqlandırma sistemi və seysmik sensorlar vasitəsilə 7/24 nəzarət olunur.

Sərhəd bölgəsində gecə-gündüz çalışan təhlükəsizlik qüvvələri sayəsində görülən tədbirlər və qabaqcıl texnologiyadan ən yaxşı şəkildə istifadə olunmaqla PKK terrorçularının və insan qaçaqmalçılarının, xüsusilə qeyri-qanuni miqrantların ölkəyə giriş-çıxışının qarşısı alınır.