İran sərhədlərinin qorunmasına 3 milyard avro ayırdıbackend

İran sərhədlərinin qorunmasına 3 milyard avro ayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ölkə sərhədlərinin qorunmasına 3 milyard avro ayırıb.

NOCOMMENT.az “Tasnim News”a istinadən xəbər verir ki, İranın daxili işlər nazirinin müavini Seyid Məcid Mirəhmədi deyib:

“Prezident İbrahim Rəisi 5 il ərzində Silahlı Qüvvələrin Baş Qərargahına 3 milyard avro vəsaitin ayrılmasına və silahlı qüvvələrin sərhədin çəkilməsi prosesinə sürətlə başlanılmasına göstəriş verib”.

Məlumata görə, insan alverinin və silah qaçaqmalçılığının həyata keçirildiyi sərhədlərin və marşrutların bağlanması üçün prioritetləşdirmə aparılıb və bu prioritetlərin bir hissəsi Əfqanıstan sərhədidir.

Qeyd olunub ki, sərhədlərin bloklanması həm divarların çəkilməsi, həm də intellektual sərhəd nəzarəti sistemləri şəklində bir neçə təbəqədə həyata keçirilən hərtərəfli plandır.