İran: Səudiyyə Ərəbistanı ilə danışıqlar müsbətdirbackend

İran: Səudiyyə Ərəbistanı ilə danışıqlar müsbətdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan ilə görüşünü “müsbət” adlandırıb.

NOCOMMENT xəbər verir ki, Abdullahiyan öz Twitter hesabında Səudiyyə Ərəbistanından olan həmkarı Bin Ferhan ilə Çinin paytaxtı Pekində keçirdikləri görüşü dəyərləndirib.

Tehran və Ər-Riyad arasında 7 ildən sonra xarici işlər nazirləri səviyyəsində ilk rəsmi görüş Pekində keçirilib və görüşdən sonra yayılan birgə bəyanatda iki ölkənin bütün sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldiyi bildirilib.