İran sözdə Amerika və İsraillə düşməndir, əslində… – İddiabackend

İran sözdə Amerika və İsraillə düşməndir, əslində… – İddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun zamandır davam edən İran-Azərbaycan gərginliyi sanki yumşalmağa doğru gedir. Ötən gün İranın Yol və Nəqliyyat Təşkilatı iranlı sürücülərə Laçın dəhlizi vasitəsiylə Qarabağa getməyi qadağan etdi. Buna adekvat cavab olaraq Azərbaycan humanizm, qarşılıqlı hörmət, mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək Azərbaycanda saxlanılan iranlı süürücüləri azad etdi.

NOCOMMENT.az -ın məlumatına görə məsələ ilə bağlı “Yeni Sabah” la fikirlərini bölüşən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, İranla Azərbaycan arasında olan gərginlik, uzun sürən bir gərginlikdir və zaman-zaman bu konflikt aktivləşəcək, bəzi hallarda isə sakitləşəcək:

“İndiki halda bu gərginliyin meydana çıxmasına səbəb, 44 günlük müharibədən sonra Azərbaycanın regionda suveren maraqlarını təmin etməsi oldu. Bu da öz növbəsində İranın regional maraqlarına zərbə vurulması ilə bağlıdır. Zəngəzur dəhlizinin açılması, türk dünyasının birləşməsi İran üçün strateji bir təhdiddir. İranın bütün bu “hoppanıb-düşməsinin” tək səbəbi bu idi, amma onlar çox yaxşı gördü ki, Azərbaycan cəbhəsi çox güclüdür. Azərbaycanla güc dili ilə, təhidlə danışmaq mümkün olmayacaq, ona görə də geri addım atmağa məcbur oldular.”

ADP sədri hesab edir ki, atılan bu addımlar o demək deyil ki, Azərbaycan-İran əlaqələri bundan sonra yaxşı mənada inkişaf edəcək:

“Azərbaycan məsələsinə görə, İran hələ uzun illər bizə qarşı düşmənçilik mövqeyində olacaq. Cənubdakı hadisələrin aktivləşməsi, soydaşlarımızın etirazları və Azərbaycanın bu bölgədə güclənməsi ilə İran tərəfi bizə qarşı belə addımlar atacaq.

İranın bu gərginliyin başlamasına səbəb Azərbaycan məsələsi ilə bağlıdır. Geri çəkilməsinin bir səbəbi beynəlxalq ictimaiyyətin Azərbaycan tərəfindən İrana təzyiqi ilə bağlı idisə, digər bir tərəfi də öz daxilindəki 40 milyonluq Azərbaycan türkünün ayağa qalxması və İranda çox ciddi problemlər yarada bilməsiylə əlaqəlidir.”

Siyasətçi iddia edir ki, İran faktiki olaraq tutduğu mövqe ilə həm islam, həm də türk dünyasını zərər vuran bir ölkədir:

“Onlar İsraili və Amerikanı sözdə özlərinə hədəf seçiblər, amma İsrailə və ABŞ-a qarşı bir qum dənəsi də atmayıblar. Buna baxmayaraq, az qalırdı ki, Azərbaycanla sərhədə 500-ə yaxın tank-top gətirsin. Xeyir ola? Sən doğrudan da İsraillə düşmənsənsə, Amerikaya nifrət edirsənsə öz tanklarını apar İsrailin sərhədinə də. Bunlar hamısı gülməli hərəkətlərdir. Yəni onu demək istəyirəm ki, İran sözdə Amerika və İsraillə düşməndir. Əslində, İranı ayaqda saxlayan Amerikadır və məqsəd də İranın əliylə İslam və türk dünyasını məhv etməkdir”.