İran Suriyanın hava hücumundan müdafiə sistemlərini gücləndirəcəkbackend

İran Suriyanın hava hücumundan müdafiə sistemlərini gücləndirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin son günlər Suriyadakı İran hədəflərinə qarşı artan hava hücumları Tehran administrasiyasını Suriyanın hava hücumundan müdafiə sistemlərini gücləndirməyə sövq edib.

NOCOMMENT.az xəbər verir ki, ran Müdafiə Nazirliyinin beynəlxalq məsələlər üzrə müavini Heydər Kalenderi İsrailin hücumlarının qarşısını almaq üçün Suriyanın hava hücumundan müdafiə sistemlərini gücləndirməli olduqlarını bildirib.

Suriyanın İsrailin hücumlarına açıq bir ölkə olduğunu vurğulayan Kalender, “Əvvəllər Suriya özünü İsrailin hücumlarına qarşı qoruya bilmirdi. Ancaq İran və Suriya arasındakı hərbi əməkdaşlıq sayəsində bu gün bu hücumların qarşısını ala bilir” deyə açıqlama verib.

Qeyd edək ki, fevral ayında Suriyanın müdafiə naziri Əli Mahmud Abbas İrandan hava hücumundan müdafiə sistemləri və elektron döyüş texnikası ixrac etmək barədə razılıq əldə olunduğunu açıqlayıb.

NOCOMMENT.AZ