İran sürücüləri alternativ yolda da problemlə üzləşirlərbackend

İran sürücüləri alternativ yolda da problemlə üzləşirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gəlirləri Komitəsinin (DGK) sədri Rüstəm Badasyan yolun Azərbaycanın nəzarətinə keçən hissəsində yaradılmış Ermənistan gömrük-keçid məntəqələrinin funksiyaları, eləcə də onun effektivliyi barədə məlumat verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Badasyan bu gün parlamentdə jurnalistlərə açıqlama verib: “Ermənistan avtomobilləri, ümumiyyətlə, bu hissədən keçmirlər. Maşınların çoxu yeni yolla – Aqvani və Tatev kəndlərindən, daha sonra Şinuayrdan keçməklə İrəvana tərəf hərəkt edirlər.

İrandan gələn yük maşınları isə nəzəri cəhətdən Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə keçən hissəsində hərəkət edə bildiyi üçün burada Ermənistan gömrükçüləri də fəaliyyət göstərirlər”.

DGK sədri bildirib ki, İran yük maşınlarının da bir hissəsi əlavə gömrük rüsumu ödəməmək üçün yeni yola üstünlük verir.

“Təbii ki, bununla bağlı sürücülər üçün müəyyən narahatlıqlar var. Amma bu problemlər elə köhnə yolda da var idi. Yeni tikiləcək əsaslı yol bütün problemləri həll etməlidir”, – deyə komitə sədri yekunlaşdırıb.