İran Əsəd rejimindən qalan və 30 milyard dollar olduğu iddia edilən borcu Suriyanın yeni hakimiyyətindən tələb edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
“Suriyada hakimiyyətin keçid dövrünün bitməsini gözləyirik. Ümumiyyətlə, iki ölkə arasında bağlanan müqavilələr və anlaşma memorandumları həmin ölkələr arasındadır və ləğv edilməyəcək. Bu məsələnin ardınca getmək İslam Respublikasının gündəmindədir”, – XİN rəsmisi bildirib.