İran təxribatlara boyun əymək istəmir – Lavrovbackend

İran təxribatlara boyun əymək istəmir – Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hakimiyyəti hər hansı düşmənçiliyə cəlb olunmaq istəmir, əksinə, onları təxribata cəlb etməyə çalışırlar.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“İran qəti şəkildə təxribatlara boyun əymək və hər hansı genişmiqyaslı hərbi əməliyyatlara cəlb olunmaq istəmir”, – Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, yeni prezidentin andiçmə mərasimində İran İslam Respublikası hökumətinin qonağı kimi Tehrana gələn HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin qətli də təxribatdır.

O xatırladıb ki, İran yaranmış vəziyyətə reaksiya vermir, lakin onun ərazi bütövlüyü və suverenliyinin pozulduğunu bəyan edib.