İranın Xarici İşlər Nazirliyi ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdlərində Tehranın iştirakına dair iddiaları əsassız adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, nazirlik bu ittihamların qərəzli olduğunu və heç bir sübuta əsaslanmadığını bildirib.
ABŞ kəşfiyyat orqanları son zamanlar İranın Trampa qarşı sui-qəsd planlaşdırdığı barədə məlumatlar yayıb. Bu iddialar Trampın İsrailə dəstək verməsi və İranın nüvə obyektlərinə zərbələr endirilməsini dəstəkləməsi ilə əlaqələndirilir.
İranın BMT-dəki daimi nümayəndəliyi də bu ittihamları rədd edərək, onların əsassız və qərəzli olduğunu vurğulayıb.
ABŞ Prezidenti Co Bayden isə İran hakimiyyətini Trampa qarşı sui-qəsd planlarından çəkinməyə çağırıb və belə bir cəhdin müharibə aktı kimi qəbul ediləcəyini bildirib.
Qeyd edək ki, 2020-ci ildə ABŞ-ın İraqda həyata keçirdiyi hava hücumu nəticəsində İranın “Qüds” xüsusi təyinatlılarının komandiri general Qasım Süleymani həlak olmuşdu. Bu hadisədən sonra İran rəsmiləri qisas alacaqlarını bəyan etmişdilər.
Musavat.com