İran Azad və Xüsusi İqtisadi Zonaları Ali Şurasının katibi Hüccətullah Əbdülmələki İran və Türkiyə arasında ortaq azad ticarət zonasının yaradılacağını bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, Əbdülmələki, paytaxt Tehranda keçirilən İran İxrac Sərgisində (İRAN EXPO 2023) keçirdiyi mətbuat konfransında ortaq azad ticarət zonasının yaradılması üçün 18 ölkə ilə görüşdüklərini qeyd edib.
Abdulmeleki bu mövzuda Türkiyə ilə də danışıqlar apardıqlarını bildirərək “Son bir neçə ay ərzində ekspertlərimiz tez-tez həmsöhbətləri ilə onlayn müzakirələr aparırlar.” deyə açıqlama verib.
Birgə azad ticarət zonasının yaradılması ilə bağlı anlaşma memorandumu hazırlandığını qeyd edən Əbdülmələki, sözügedən müqavilənin bir-iki aya imzalanacağını bildirib.
NOCOMMENT.AZ