İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regionda artan gərginlik, İsrail və ABŞ ilə mümkün toqquşma təhlükəsi fonunda uzaqmənzilli ballistik raketlər üçün kimyəvi və bioloji döyüş başlıqları üzərində işləri sürətləndirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
Nəşrin yazdığına görə, Tehran bu imkanları əlavə təsir amil kimi qiymətləndirir.
Qərb kəşfiyyat orqanları vəziyyətə nəzarəti gücləndirib, güc balansının dəyişməsi və yeni sanksiyalar riski barədə xəbərdarlıq edirlər. İran isə qeyri-standart silahların hazırlanmasını rəsmən inkar edir və beynəlxalq öhdəliklərə əməl etdiyini bildirir.










