İran və Aİ-3 danışıqları bu vaxtda başlayacaqbackend

İran və Aİ-3 danışıqları bu vaxtda başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran və Aİ-3 ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) İslam Respublikasının nüvə proqramı ilə bağlı böhranın həlli üçün danışıqlar iyulun 25-də Moskva vaxtı ilə saat 09:30-da İranın İstanbuldakı konsulluğunda başlayacaq.

NOCOMMENT.az bildirir ki, bu barədə Tasnim agentliyi xəbər verir.

İyulun 21-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün Aİ-3 ölkələri ilə danışıqların yeni mərhələsinin iyulun 25-də İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcəyini bildirib. İranı Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edəcək.