İran və Bəhreyn siyasi münasibətləri bərpa edirbackend

İran və Bəhreyn siyasi münasibətləri bərpa edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zəyani ilə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani arasında Tehranda bir araya gəliblər.

NOCOMMENT.az xəbər verir ki, görüşdə ölkələr arasında normallaşma prosesinin başlanması ilə bağlı razılıq əldə olunub.

Tərəflər iki ölkə arasında danışıqlara başlamaq üçün lazımi mexanizmləri yaratmaq və siyasi münasibətləri bərpa etmək yollarını araşdırmaq qərarına gəliblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2016-cı ildə İran ilə diplomatik əlaqələri dayandırdıqdan bir gün sonra Manama da Tehranla diplomatik əlaqələri kəsib.