backend

İran və Qətər xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Qətərin baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani “ikitərəfli əlaqələr və regional məsələləri” müzakirə ediblər.

NOCOMMENT xəbər verir ki, Xarici İşlər Nazirliyinin saytında dərc olunan açıqlamaya görə, Abdullahiyan və həmkarı Əl Sani telefonla danışıblar.

İki nazir İran və Qətər arasında əməkdaşlığın gücləndirilməsini vurğulayaraq, regional və beynəlxalq məsələlər, Ukraynada baş verənlər və nüvə danışıqları ilə bağlı məsləhətləşiblər.

Abdullahiyan və Əl Sani bir-birlərini Fitr bayramı münasibətilə təbrik ediblər.