İran və Rusiya arasında dron əməkdaşlığının sübutlarıbackend

İran və Rusiya arasında dron əməkdaşlığının sübutları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın hərbi rəsmiləri ilk dəfə dünən bu ölkəyə hücumda İran hökuməti ilə Rusiya arasında dron sahəsində əməkdaşlığın sübutlarını təqdim ediblər.

NOCOMMENT.az “Azad İran” telegram kanalına istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumunun 2-ci ildönümü ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Andrey Rodik hazırladığı “İrandan Avropa səmasına ölüm quşları” adlı bu sənəddə Ukrayna ordusu İrana məxsus dronların qalıqlarını nümayiş etdirib.

“Vurulan dronlar “Şahid-136/131” tiplidir. Öncəki pilotsuz uçuş aparatları boz gövdəlidir, yeniləri isə qara rəngdədir. Belə ki, onları gecələr tanımaq olmur”,- deyə Andrey Rodik əlavə edib.