“İranla Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq haqqında 47 bənddən ibarət sənəd ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir”.
NOCOMMENT.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.
O deyib ki, razılaşmanın imzalanması ilə ölkələrarası münasibətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın yanvarın 17-də Rusiyaya reallaşacaq səfəri zamanı ölkələr arasında 2001-ci ildən qüvvədə olan müqaviləni əvəz edəcək hərtərəfli strateji əməkdaşlıq sazişi imzalanacaq.\\Apa