İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra razılığa gəldilərbackend

İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra razılığa gəldilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik əlaqələrin bərpası və qarşılıqlı səfirliklərin açılması barədə razılığa gəliblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

İran dövlət televiziyasının xəbərinə görə, martın 6-da Pekində Çin rəsmilərinin köməyi ilə danışıqlara başlayan İran və Səudiyyə Ərəbistanının yüksək səviyyəli təhlükəsizlik rəsmiləri Tehran və Ər-Riyad arasında münasibətlərin normallaşdırılması üçün razılığa gəliblər.

Tehran və Ər-Riyad arasında 7 ildən sonra əldə olunan razılaşma İran, Səudiyyə Ərəbistanı və Çinin birgə bəyanatı ilə açıqlanıb.

Bəyanatda İran və Səudiyyə Ərəbistanın iki ay ərzində diplomatik əlaqələrin bərpası və səfirlik və nümayəndəliklərin qarşılıqlı olaraq yenidən açılması barədə razılığa gəldikləri bildirilib.

NOCOMMENT.AZ