İran vətəndaşına hücum edən ermənilər saxlanıldıbackend

İran vətəndaşına hücum edən ermənilər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan polisi paytaxt İrəvanın mərkəzində İran vətəndaşına hücum edən şəxsləri saxlayıb.

NOCOMMENT.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, hadisə İrəvan vətəndaşları, 35 və 37 yaşlı şəxslər tərəfindən törədilib. Onlar əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Qeyd edək ki, hadisə Parpetsi küçəsində baş verib. Belə ki, ermənilər küçədəki restoranın yaxınlığında İran vətəndaşını bıçaqla hədələyərək döyüblər, bundan sonra isə mobil telefonunu və içində 650 ABŞ dollar olan çantasını alıblar.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanıb.
report