İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) əməkdaşları bir casus saxlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
“Sepahın Ərdəbil əyalətindəki kəşfiyyat xidməti texniki əməliyyat zamanı casusluqla məşğul olan şəxsi saxlayıb və ədliyyə orqanlarına təhvil verib”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, casus qonşu ölkələrdən birinin kəşfiyyat xidmətlərində çalışıb.