Zəngəzur dəhlizi məsələsi gündəmdən çıxarılıb, lakin Tehranın hələ də sualları var və vəziyyətə nəzarət edəcək.
NOCOMMENT.az bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi öz Telegram kanalında bildirib.
“Dəhliz məsələsi tamamilə kənara qoyulub. Söhbət Ermənistanın səlahiyyətində, onun yurisdiksiyasında və ərazisində yaradılacaq tranzit yolundan gedir”, – deyə Əraqçi şərh edib.
O qeyd edib ki, İranın fundamental mövqelərinə hörmət edilib. Bununla belə, Tehran layihəyə Amerika şirkətinin cəlb oluna biləcəyindən narahat olduğu üçün vəziyyəti izləyəcək.
Bundan əvvəl İranın ali dini lideri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayəti bildirib ki, Tehran ABŞ prezidenti Donald Trampın dəstəklədiyi Ermənistan ərazisindən keçən dəhlizin yaradılmasına icazə verməyəcək.