İran Xəzərdə təlimlərə başladıbackend

İran Xəzərdə təlimlərə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran cümə günü Xəzər dənizində “Dayanıqlı Təhlükəsizlik 1401” hərbi təliminə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələri komandanının müavini Həmzə Əli Kaviani İranın hər il Xəzər dənizində “Davamlı təhlükəsizlik” adlı hərbi təlimlər keçirdiyini bildirib.

Onun sözlərinə görə, bu il manevrlərdə raket daşıyan gəmilər, helikopterlər və pilotsuz təyyarələr iştirak edir.

Kavianinin sözlərinə görə, hər il keçirilən təlimlərin məqsədi hərbi birləşmələrin qarşılıqlı fəaliyyətinin işlənib hazırlanması və təcrübə mübadiləsidir.