İsrail Livanın “Hizbullah” şiə hərəkatının öz ərazisinə hücumunun qarşısını ala və dəf edə bilmədi.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Müttəfiqlərinin, o cümlədən ABŞ-ın tam dəstəyinə baxmayaraq, o, hücumun vaxtını və yerini təxmin edə bilmədi, hətta məhdud və idarə olunan müqavimət əməliyyatına qarşı çıxa bilmədi”, – deyə o vurğulayıb.
Daha əvvəl İsrail ordusu “Hizbullah”ın İsrailə hücumu zamanı öz istiqamətinə 230 raket və 20 İHA atdığını bildirib.