İsrailin İranın nüvə obyektlərinə hücumu halında, İran ABŞ-ı belə bir hücuma şərik kimi baxacaq və onları buna görə cavab verməyə məcbur edəcək.
NOCOMMENT.az xəbər verir ki, bunu İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.
Nazir bununla bağlı BMT-nin baş katibi Antonio Quterreşə və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossiyə məktub yazıb. O, İranın İsraili hər cür tələsik hərəkətlərə qarşı xəbərdar etdiyini bildirib. İstənilən təhdid və ya pozuntulara “möhkəm və qəti cavab” veriləcək”, – deyə Əraqçi bildirib.
Xarici işlər naziri həmçinin bəyan edib ki, Tehran İsrailin İslam Respublikasının nüvə obyektlərinə hücumu halında ABŞ hökumətinin bu hücumun şəriki olacağına və buna görə hüquqi məsuliyyət daşıyacağına əmindir.
“Təkrarlanan təhdidləri nəzərə alaraq, İran öz nüvə obyektlərini qorumaq üçün bir sıra tədbirlər görməyə məcbur olacaq və bu barədə MAQATE-yə məlumat veriləcək”, – deyə Əraqçi vurğulayıb.
Nazir qeyd edib ki, İranın nüvə proqramı Beynəlxalq Atom Enerjisi Agentliyinin hərtərəfli nəzarəti altındadır, onun heç bir hesabatında onun dinc xarakterindən kənara çıxdığı göstərilməyib.