İran XİN: ABŞ-yə etibar etmirikbackend

İran XİN: ABŞ-yə etibar etmirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə aparılan danışıqlarla bağlı sərt açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Əraqçi bu barədə mövqeyini bütün görüşlərdə açıq şəkildə ifadə etdiyini bildirib.

O bildirib ki, Tehran Vaşinqtona etibar etmir və danışıqlar prosesinin aldatma məqsədi daşıya biləcəyini istisna etmir.

Onun sözlərinə görə, İran tərəfi ehtiyatlı davranmalı və danışıqlar zamanı heç bir halda aldanmağa yol verməməlidir.

Nazir vurğulayıb ki, dövlət strukturları — silahlı qüvvələr, hökumət və digər qurumlar — fəaliyyətlərini elə davam etdirməlidirlər ki, sanki heç bir danışıqlar aparılmır. O qeyd edib ki, ölkənin idarə olunması danışıqlara və mümkün razılaşmalara arxalanmadan həyata keçirilməlidir.

“Ölkə danışıqlara və mümkün razılaşmalara bel bağlamadan idarə olunmalıdır. Allaha şükür ki, hazırda ölkə məhz bu prinsiplə idarə olunur”, – deyə Abbas Əraqçi bildirib.

Aliyə