İran XİN başçısı: Dəməşqdəki konsulluğun binasına hücum beynəlxalq konvensiyaların pozulmasıdırbackend

İran XİN başçısı: Dəməşqdəki konsulluğun binasına hücum beynəlxalq konvensiyaların pozulmasıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailin Suriyadakı diplomatik nümayəndəliyinə zərbələrini pisləyərək bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İranın XİN başçısı suriyalı həmkarı Veysəl Meqdadla telefon danışığı zamanı deyib.

“[İsrailin Baş naziri Binyamin] Netanyahu İsrail rejiminin Qəzzada silsilə uğursuzluqları və sionistlərin iddialı məqsədlərinə çata bilməməsi səbəbindən ağlını itirib”, – iranlı nazir deyib.

Əmir Abdullahian İranın Dəməşqdəki konsulluğunun binasına hücumu bütün beynəlxalq öhdəlik və konvensiyaların pozulması hesab edib, həmçinin bu hərəkətin məsuliyyətini Təl-Əvivin üzərinə qoyaraq beynəlxalq ictimaiyyətin belə hücumlara ciddi cavab verməsinin vacibliyini vurğulayıb.