İran XİN “Hizbullah” liderinin öldürülməsini müqavimətin yeni mərhələsi kimi qiymətləndiribbackend

İran XİN “Hizbullah” liderinin öldürülməsini müqavimətin yeni mərhələsi kimi qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, Livan “Hizbullah” hərəkatının liderinin öldürülməsi müqavimətin sonu olmayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Al Mayadeen telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Nəsrullahın gedişi böyük itkidir.

“Bu, daha böyük güclə səciyyələnən yeni mərhələnin başlanğıcını göstərir”, – diplomat bildirib.

Qeyd edək ki, sentyabrın 20-nə keçən gecə İran İsrailin Livandakı hücumlarına görə BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. İranın Daimi Nümayəndəliyi İsrailin hərəkətlərinin regional və beynəlxalq sülh və təhlükəsizlik üçün nəticələrini xatırladıb və BMT Təhlükəsizlik Şurasını onun addımlarını qəti şəkildə pisləməyə çağırıb.