İran XİN İsraili cilovlamaq planını açıqlayıbbackend

İran XİN İsraili cilovlamaq planını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran regionda sabitliyin pozulması halında İsraili cilovlamaq üçün öz gücündən səmərəli istifadə edəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri CNN Türk-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, sionistlərin İranın Dəməşqdəki səfirliyinə hücumu İranı regionda təhlükəsizlik və sabitliyin qorunması üçün gücdən səmərəli və ağıllı şəkildə istifadə etməyə sövq edib.

“… Düşünürəm ki, sionistlər çox yaxşı bilirlər ki, regionun sabitliyi və təhlükəsizliyi təhdid edilərkən və onlar regionda sabitliyi pozmağa çalışdıqda, İran onları cilovlamaq və öz yerinə qoymaq üçün öz gücündən səmərəli və ağıllı şəkildə istifadə edəcək”, – deyə Baqeri bildirib.