ABŞ ölkəyə təzyiq etdiyi müddətcə İran hökuməti nüvə sazişi ilə bağlı danışıqlara getməyəcək.
NOCOMMENT.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
“Buna görə də, bu mövcud formada maksimum təzyiq həyata keçirildiyi müddətcə, bizimlə ABŞ arasında nüvə məsələsi üzrə birbaşa danışıqların aparılması imkanı olmayacaq”, – deyə iranlı nazir bildirib.
Fevralın 4-də ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ İrana təzyiqi artırmalıdır. O qeyd edib ki, bu, İslam Respublikasında son nəticədə öz nüvə silahını yaratmağa yönəlmiş hərəkətləri dayandırana qədər lazımdır.