İran XİN rəhbərindən şübhəli açıqlama: Azərbaycan bizə söz verib ki…backend

İran XİN rəhbərindən şübhəli açıqlama: Azərbaycan bizə söz verib ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan bizə söz verib ki, sionistləri bölgədən çıxaracaq”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Əl-Mənar” şəbəsəkəsinə müsahibəsində bildirib.

“Azərbaycana dedik ki, ölkənizdə terrorçular var… Sionistlərin varlığı Qafqaz bölgəsinin təhlükəsizliyində zidddir. Amma Azərbaycan rəsmiləri onları bölgədən qovulacaqlarına dair söz verdilər”, – deyə nazir qeyd edib.

Əmir Abdullahiyan müsahibəsinin digər bir hissəsində Azərbaycan Respublikası ilə son günlərdəki problemlərinə toxunub.

“Mesajımız sülh və dostluq idi. İsmarışımız terrorçuların sərhəd bölgələrimizdə mövcudluğu imkanının olmamasıdır. İslam Respublikası harada olursa-olsun, istər İranın şimalında, istərsə də Fars körfəzinin isti sularında, hərbi manevrlərlə mesajımız sülh, təhlükəsizlik və regional təhlükəsizliyin qorunması əsas mesajıdır”, – deyə nazir vurğulayıb.

“Sionist rejim (İsrail) də “müqavimət oxu”nun mesajını aldı, bölgəyə yayıla bilməz. Onlar “işğal olunmuş ərazilər” adlanan böyük bir həbsxananın məhbusları olmalıdırlar”, – deyə Abdullahiyan əlavə edib.