İran Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-la dolayısı danışıqları dayandırıbbackend

İran Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-la dolayısı danışıqları dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hakimiyyəti Oman Sultanlığının vasitəçiliyi ilə ABŞ-la aparılan danışıqları Yaxın Şərq regionundakı vəziyyətlə əlaqədar dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, TASS bu barədə İranın xarici işlər naziri Abbas Əraqçiyə istinadən məlumat yayıb.

“Məsqət prosesi hazırda regiondakı konkret vəziyyətə görə dayandırılıb. İndi biz danışıqlar üçün əsas görmürük”, – deyə İran Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

O qeyd edib ki, İslam Respublikası böhrandan çıxdıqdan sonra danışıqlara qayıtmağı nəzərdən keçirəcək.

Oktyabrın 13-də Əraqçi bildirib ki, Tehran son günlər Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq üçün çox işlər görür, lakin öz vətəndaşlarının və milli maraqlarının qorunmasında heç bir güzəştə getməyəcək.

O, həmçinin qeyd edib ki, ABŞ İsrailə rekord sayda silah göndərib və raket sistemlərini idarə etmək üçün yəhudi dövlətinə Amerika əsgərlərini göndərməyi planlaşdırır.