İran yəhudilərin matəm günü İsrailə hücum edə bilərbackend

İran yəhudilərin matəm günü İsrailə hücum edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran yəhudilərin matəm və kədər günü olan Tişa Beavda İsrailə hücum planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sky News Arabia” Qərb kəşfiyyatının məlumatlarına istinadən məlumat yayıb.

“İranın avqustun 12-də başlayan və avqustun 13-də başa çatan Tişa B’Av-da İsrailə hücum etməyi planlaşdırdığına dair sübutlar var”, – nəşr mənbələrə istinadən qeyd edir.

Onların sözlərinə görə, hücum “Hizbullah” şiə hərəkatı ilə əlaqələndiriləcək.

Qeyd edək ki, Tişa-Beav yəhudi təqvimində ən hüznlü günlərdən biri hesab olunur. Həmin gün yəhudilər Birinci və İkinci Məbədlərin dağıdılmasına ənənəvi olaraq oruc və yas tuturlar.

Avqustun 4-nə keçən gecə “Hizbullah” döyüşçüləri İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrinə 50-dən çox raket atıb. “Times of Israel”in məlumatına görə, raketlərin əksəriyyəti “Dəmir günbəz” raketdən müdafiə sistemi tərəfindən ələ keçirilib.