İrana bağlı resurslardan Azərbaycana qarşı zəlzələ TƏXRİBATIbackend

İrana bağlı resurslardan Azərbaycana qarşı zəlzələ TƏXRİBATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hakimiyyətinə bağlı saxta resurslar vasitəsilə guya təcrübəli amerikalı geoloq Ruben Burrelin yaxın günlərdə Bakı şəhərində 6.9 bal gücündə zəlzələ olacağı barədə proqnoz verdiyi və bu məlumatın guya “express.co.uk” saytında dərc edildiyi tirajlanır.

NOCOMMENT.az bildirir ki, qeyd olunan məlumat saxtadır.

Qeyd edək ki, təcrübəli və tanınmış geoloq olduğu bildirilən Ruben Burrel haqqında internet resurslarında hər hansı məlumat aşkar edilməyib.

Eyni zamanda qeyd edilən saytda belə bir məlumatın dərc edilmədiyi məlum olub.