İrana bağlı terror qruplaşmasının üzvləri HƏBS EDİLDİbackend

İrana bağlı terror qruplaşmasının üzvləri HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Pakistanın Sind əyalətinin Terrorla Mübarizə Polis İdarəsi Kəraçi şəhərində İrana bağlı “Zeynəbiyyun” terror qruplaşmasının iki üzvünün həbs edildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, polis idarəsinin rəisi Asəf Ecaz Şeyx bildirib ki, saxlanılan Vüqar Abbas və Hüseyn Əkbər Pakistanda onlarla din xadimini qətlə yetirməkdə ittiham olunublar.

“Hər iki təqsirkar İranda təlim keçib və bu ölkənin kəşfiyyat orqanlarının göstərişi ilə Kəraçi şəhərində din alimləri və müxalif dini qrupun üzvlərini hədəfə alıb”, – deyə, Asəf Ecaz vurğulayıb.

Onun sözlərinə görə, həbs edilən şəxslər ötən ilin sentyabrından bu ilin fevralına qədər Kəraçi şəhərində 17 din xadimini öldürüb, 11 nəfəri isə yaralayıblar.