İrana qarşı yeni anlaşma: Rusiya ilə gizli danışıqlar aparıldıbackend

İrana qarşı yeni anlaşma: Rusiya ilə gizli danışıqlar aparıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nyu-York Tayms” qəzeti Ağ Evin Kremllə kibertəhlükəsizliklə bağlı gizli danışıqlar apardığını iddia edib.

NOCOMMENT.az xəbər verir ki, nəşr diplomatik mənbələrə istinadən Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edən Enn Noyberqerin Kremldəki həmkarı ilə bir sıra onlayn görüşlər keçirdiyini yazıb.

Məlumatda iddia edilib ki, Amerika tərəfi danışıqlar zamanı ABŞ-a hücum edən hakerlərin adlarını və digər məlumatları Rusiyaya verib.

Qəzetə açıqlama verən mənbələr həmçinin bildiriblər ki, Vaşinqton Rusiyada kibercinayətkarlar haqda məlumatların ötürülməsindən sonra həbslərin aparılacağına ümid edir. Mənbələrdən biri söyləyib ki, bu yolla ABŞ Rusiya Prezidenti Vladimir Putinin kibercinayətkarlıqla mübarizəyə hazır olması ilə bağlı bəyanatlarında nə dərəcədə ciddi olduğunu yoxlamaq istəyir.

Xəbərdə o da qeyd edilib ki, Rusiya və ABŞ son illərdə silahlara nəzarət sahəsində ciddi məsləhətləşmələr aparıblar. Moskvanın İranla nüvə sazişi ilə bağlı məsələdə Vaşinqtonla eyni mövqedə olduğunu bildirən mənbələr Rusiyanın müxtəlif sahələrdə ABŞ-la əməkdaşlıq etdiyini iddia ediblər.
Teleqraf