İrana qarşı yeni sanksiyaların tətbiqində mübahisə yaranıbbackend

İrana qarşı yeni sanksiyaların tətbiqində mübahisə yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-də İrana qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı fikir ayrılığı yaranıb.

NOCOMMENT.az “xəbər verir ki, The Wall Street Journal”ın məlumatına görə, Almaniya və Fransa arasında Yaxın Şərqdə İran hökumətinin proksi qüvvələrə raket və hərbi dəstəyinə görə Tehrana qarşı yeni sanksiyaların tətbiqində mübahisə yaranıb.

Məlumata görə, ötən ay Fransa, Almaniya, Niderland və digər beş Avropa ölkəsi Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borellə göndərdiyi məktubda HƏMAS, Livan Hizbullahı və husilər kimi yaraqlıları raketlər və digər hərbi texnika ilə təchiz etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Ancaq Avropa İttifaqı bildirib ki, yeni sanksiyalar İrana qarşı diplomatiyanı zəiflədə və bölgədə gərginliyi artıra bilər.