İranda 160 erməni əsgəri saxlanılır? – Nazirlikdən AÇIQLAMAbackend

İranda 160 erməni əsgəri saxlanılır? – Nazirlikdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyi 160 erməni hərbçinin İran İslam Respublikasında həbsdə olması barədə xəbəri şərh edib.

NOCOMMENT.az “Armenian News”a istinadla xəbər verir ki, nazirliyin açıqlamasında deyilir: “İranda ən azı bir erməni əsgərinin olması barədə məlumatımız yoxdur”.

Qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı 160 erməni əsgərinin Ermənistan-İran sərhədini keçməsi barədə mətbuatda məlumatlar yayılıb.

Deputat Naira Zohrabyan da bu məlumatlara əsasən, erməni əsgərlərinin dustaq saxlanıldığını iddia edib.
Yenisabah