İranda 164 min uşaq məktəbə GETMİRbackend

İranda 164 min uşaq məktəbə GETMİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda 164 min uşaq məktəbə getmir.

 

NOCOMMENT.az “Nournews”a istinadən xəbər verir ki, bunu İranın təhsil nazirinin müavini Rezvan Hakimzadə bildirib.

 

Onun sözlərinə görə, məktəbə getməyən uşaqların bir qismi sağalmaz xəstədir.

 

Nazir müavini deyib ki, ötən tədris ilində 216 min uşaq təhsildən yayınıb.

 

Məlumata görə, İran konstitusiyasının 30-cu maddəsində vurğulanb ki, hökumət orta məktəbi bitirənə qədər bütün vətəndaşları pulsuz təhsillə təmin etməyə və ölkənin imkanları daxilində pulsuz ali təhsil imkanlarını genişləndirməyə borcludur.