İranda alimi öldürməkdə şübhəli bilinənlərin fotoları yayılıbbackend

İranda alimi öldürməkdə şübhəli bilinənlərin fotoları yayılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xüsusi xidmət orqanları nüvə fizikası üzrə ailm Möhsin Fəxrizadənin qətlində şübhəli bilinən 4 nəfərin fotosunu bütün mehmanxanalara paylayıb.

NOCOMMENT xəbər verir ki, bunu iranlı jurnalist Məhəmməd Əhvaz tvitter səhifəsində yazıb.

Xüsusi xidmət orqanlarından mehmanxana sahiblərinə bildiriblər ki, oteldə gördükləri halda həmin şəxsləri mehmanxanaya yerləşdirib, onlara məlumat versinlər.

Qeyd edək ki, noyabrın 27-də İranın nüvə fiziklərindən olan M.Fəxrizadə qətlə yetirilib. Rəsmi Tehran qətlin sifarişçisinin İsrail hökuməti olduğunu bildirib.