İranda bir həftədə yol qəzalarında yüzlərlə insan ölübbackend

İranda bir həftədə yol qəzalarında yüzlərlə insan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda son bir həftədə 200-dən çox insan yol qəzalarında ölüb.

NOCOMMENT.az “İSNA”ya istinadən xəbər verir ki, iyunun 3-dən 7-dək ölkənin avtomobil yollarında 149 milyon nəqliyyat vasitəsinin hərəkəti qeydə alınıb.

Məlumata görə, FƏRACA-nın (İran Polis Komandanlığı) Yol Polisi İdarəsinin rəisi Teymur Hüseyni bu gün bildirib ki, son bir həftə ərzində yol qəzalarında 258 nəfər həyatını itirib.

Onun sözlərinə görə, ölkədaxili avtomobil yollarında baş vermiş 180 qəzalarda 219 nəfər, şəhərdaxili yollarda meydana gələn 38 qəza nəticəsində isə 39 nəfər həyatını itirib.