İranda bir ildə 997 nəfər edam olunubbackend

İranda bir ildə 997 nəfər edam olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda 2024-cü il ərzində 997 nəfər barəsində çıxarılan edam hökmü icra olunub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki , bu rəqəm İran müxalifətinin məlumatları əsasında hazırlanıb.

Hüquq müdafiəçiləri bildiriblər ki, bütün edam hökmləri qeydiyyata alınmadığından onların sayı göstərilən rəqəmdən də artıqdır.

Məlumata görə, 2024-cü ildə edamların sayı 2023-cü ildə icra olunanlardan 16 faiz çoxdur. Bildirilib ki, edam olunan 997 nəfərdən 34-ü qadın, 9-u yeniyetmədir. Dörd kişinin edamı ictimai şəkildə, qalanı isə həbsxanada icra olunub.