İranda İsrailin xeyrinə casusluq etdiyi iddia edilən şəxs edam edilib.
NOCOMMENT xəbər verir ki, İran ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində İsrailin xeyrinə casusluqda təqsirli bilinən bir şəxsin edam edildiyini açıqlayıb.
Şəxsiyyəti açıqlanmayan sözügedən şəxs bəzi məxfi məlumatları toplamaqda və xarici kəşfiyyat xidmətlərinə təqdim etməkdə günahlandırılıb.
Yaxalandıqdan sonra “düşmən sionist rejiminin xeyrinə kəşfiyyat əməkdaşlığı və casusluq etmək, məxfi məlumat toplamaq, ölkədə nizam-intizamı pozmaq və İran əleyhinə qrup və təşkilatların xeyrinə təbliğat aparmaq” ittihamları ilə məhkəməyə çıxarılan şəxs edam cəzasına məhkum edilib.
Qərar Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra sözügedən şəxs Sistan-Bəlucistan əyalətinin Zahedan şəhərindəki həbsxanada edam edilib.